İlk 9 ayda qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən siqaretlərin sayı açıqlandı

Baş səhifə

Bakı. Trend:

Cari ilin 9 ayı ərzində qanunsuz yollarla ölkəyə gətirilməsinə
cəhd göstərilən 39,9 milyon ədəddən çox siqaret aşkar edilib.

Trend xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi
məlumat yayıb.




Bildirilib ki, Dövlət Gömrük Komitəsi tərəfindən həyata
keçirilən tədbirlər nəticəsində 2025-ci ilin 9 ayı ərzində aksiz
markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd
göstərilən 1098,21 litr spirtli içki, 39 milyon 948 min 449 ədəd
xaricdə istehsal olunan siqaret, 7 min 491 ədəd elektron siqaret, 1
milyon 57 min 931 ədəd saxta aksiz markaları və məcburi nişanlar,
1360 litrdən çox energetik içki aşkar edilərək qanunsuz dövriyyədən
çıxarılıb.