2026-cı ildə kirayədə qalan hərbçilərə ayrılacaq vəsaitin həcmi bəlli olub

Baş səhifə

Bakı. Trend:

2026-cı ildə kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış
yeri olmayan hərbi qulluqçulara ayrılan vəsaitin həcmi məlum
olub.

Trend-in
məlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il
dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.




Layihədə bildirilib ki, növbəti ilin dövlət büdcəsində kirayəyə
götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi
qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular da
nəzərə alınmaqla) ödənilən pul kompensasiyası üçün 15,5 milyon
manat məbləğində vəsait nəzərdə tutulub.