
Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “ABB” şirkəti arasında
enerji keçidi, rəqəmsallaşma, sənayedə innovativ texnologiyaların
tətbiqi ilə resursların idarə edilməsi məsələləri barədə fikir
mübadiləsi aparılıb.
Trend bu
barədə SOCAR-a istinadən xəbər verir.
Belə ki, bu gün SOCAR-ın prezidenti Rövşən Nəcəf “ABB”
şirkətinin Şimali Avropa üzrə baş vitse-prezidenti Tor Ove Lussand
ilə görüşüb.
Görüşdə şirkətlər arasında enerji keçidi, rəqəmsallaşma,
sənayedə innovativ texnologiyaların tətbiqi ilə resursların idarə
edilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.
Qarşı tərəfə Azərbaycanda enerji sənayesinin modernləşdirilməsi,
karbon emissiyalarının azaldılması, beynəlxalq tərəfdaşlarla birgə
həyata keçirilən “yaşıl enerji” layihələri barədə məlumat
verilib.

