
Bakı. Trend:
Türkiyənin “Qalatasaray” komandası UEFA Çempionlar Liqasının
əsas mərhələsində növbəti oyununu keçirib.
Trend xəbər verir ki,
İstanbul təmsilçisi doğma meydanda Norveçin “Budyo Qlimt” klubunu
qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə
başa çatıb.
“Qalatasaray”ın heyətində Viktor Osimhen dubl edib. Digər qolu
Yunus Akgün vurub. Qonaqlardan isə Andreas Helmersen fərqlənib.
Bu nəticədən sonra turnir cədvəlində “Qalatasaray” 6 xalla
11-ci, “Budyo Qlimt” isə 3 xalla 26-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, Türkiyə klubu ötən tur evdə İngiltərə “Liverpul”una minimal hesabla qalib gəlib.

