
Bakı. Trend:
“Real” “Kristal Pelas”ın müdafiəçisi Mark Quehini transfer etmək
istəyir.
Trend xəbər
verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Madrid təmsilçisi 25 yaşlı müdafiəçini
komandaya cəlb etmək üçün İngiltərə klubuna təxminən 30 milyon avro
təklif etməyi planlaşdırır.
Qeyd edək ki, Quehinin klubu ilə mövcud müqaviləsi mövsümün
sonunda başa çatacaq. Lakin “Real” bu zamana qədər gözləmək
niyyətində deyil.
Xatırladaq ki, müdafiəçi cari mövsümdə 13 oyuna çıxıb, 1 qol
vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

