Tarixdə ilk dəfə: İslandiyada ağcaqanadlar peyda olub

Baş səhifə

Bakı. Trend:

Qlobal istiləşmənin sürətlənməsi fonunda İslandiyada
müşahidələrin aparıldığı zamandan bəri ilk dəfə olaraq ağcaqanadlar
peyda olub.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, buna qədər İslandiya və Antarktida həşəratlardan
və cücülərdən azad yerlər hesab olunurdular.




Alimlər hesab edir ki, iqlim dəyişikliyi ilə əlaqədar
ağcaqanadlar və başqa həşaratlar onlar üçün buna qədər yad olan
məskənlərlə köçməyə başlayırlar.

Qeyd edək ki, “Culiseta annulata” növündən sonra üç ağcaqanad bu
ay Reykyavik şəhərindən 30 kilometr şimalda yerləşən Kyos rayonunda
qeydə alınıb.