“Qarabağ” bu gün Çempionlar Liqasında “Atletik Bilbao” ilə qarşılaşacaq

Baş səhifə

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü
turunda “Qarabağ” növbəti oyununa çıxacaq.

Trend xəbər verir
ki, Azərbaycan təmsilçisi İspaniyanın “Atletik Bilbao” klubu ilə
qarşılaşacaq.

Görüş “San Mames” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat
20:45-də start götürəcək.




Qeyd edək ki, “Qarabağ” növbəti oyununu noyabrın 5-də öz
meydanında “Çelsi” klubuna qarşı keçirəcək.

Xatırladaq ki, Azərbaycan çempionu UEFA Çempionlar Liqasının
əsas mərhələsində keçirdiyi iki görüşdən sonra altı xalla 6-cı
pillədə qərarlaşıb.