Füzulidə körpə ölü doğulub

Baş səhifə

Bakı. Trend:

Füzulidə doğuş zamanı uşaq ölü doğulub.

Trend-in
Qarabağ bürosunun xəbərinə görə, rayonun İkinci Qayıdış qəsəbə
sakini 1997-ci il təvəllüdlü Mehtizadə Nərmin Qəhrəman qızının
ağrıları olduğundan yaxınları onu Füzuli Rayon Mərkəzi
Xəstəxanasının Doğum şöbəsinə çatdırıb.




Xəstəxanadan verilən məlumata görə, aparılan müayinələr zamanı
hamiləliyin 7 ay yarım olması və doğulacaq qız uşağının ana
bətnində ölü olduğundan dölün ana bətnindən xaric olunması qərarı
verilib. Hazırda ananın səhəti vəziyyətə uyğun
qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.