Bakı. Trend:
Pakistan ölkənin ilk hiperspektral peyki (“HS-1”) uğurla kosmosa
buraxıb.
Trend xəbər verir
ki, bu barədə məlumat Pakistan Xarici İşlər Nazirliyinin saytında
verilib.
Məlumata görə, “HS-1” yüzlərlə dar spektral diapazonda məlumat
toplamağa imkan verən qabaqcıl hiperspektral görüntü texnologiyası
ilə təchiz edilib. Bu, torpaqdan istifadə, bitki örtüyünün
vəziyyəti, su ehtiyatları və şəhər inkişafının dəqiq monitorinqi və
təhlili üçün imkanlar yaradacaq.
Peykin Çin kosmodromundan buraxıldığı bildirilib.

