Xalq Bank III rübün yekunlarını açıqladı

Baş səhifə

Bakı. Trend:

Ölkənin ən böyük özəl banklarından biri olan Xalq Bank 2025-ci
ilin III rübünün maliyyə göstəricilərini açıqladı. Bankın aktivləri
ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 23 % artaraq 3,631
mlrd manat təşkil etmişdir.

Qeyd olunan tarixə Bankın kredit portfelinin həcmi (digər
maliyyə institutları daxil) 1,890 mlrd manat, depozitlərin həcmi
ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 32 % artaraq 2.7
mlrd manat təşkil etmişdir.

2025-ci ilin III rübünün sonuna Bankın cəmi kapitalı ötən ilin
analoji dövrünün sonu ilə müqayisədə 7 % artaraq 534,2 mln manat,
xalis mənfəəti 51,5 mln manat təşkil etmişdir.




Bankın faiz gəlirləri ötən ilin eyni dövrünün sonu ilə
müqayisədə 21 % artaraq 165 mln manata, qeyri-faiz gəlirləri isə 24
% artaraq 40 mln manata yüksəlib.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın
filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi
internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif
sosial şəbəkə səhifələrindən əldə etmək olar.