Azərbaycana PUA vasitəsilə narkotik keçirən narkotacir saxlanıldı

Baş səhifə

Astarada İranda yaşayan narkotacirin PUA vasitəsilə Azərbaycana 4 kiloqrama yaxın marixuana göndərdiyi aşkarlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb

Bildirilib ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş 32 yaşlı Rövşən Axundzadə saxlanılıb.

Həmin şəxsdən ölkə ərazisinə əvvəlcədən sövdələşdiyi İranda yaşayan narkotacir tərəfindən PUA vasitəsilə göndərilmiş 4 kiloqrama yaxın marixuana aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı ilə saxlanılan şəxsin bundan əvvəl də eyni üsulla əldə edərək rayonun Qapıçıməhəllə kəndi ərazisindəki naringi bağında gizlətdiyi əlavə 4 kiloqram marixuana da aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.