
Xocavənd rayonunda keçirilən tədbirlərlə Güney Xırman kəndində müvəqqəti yaşayan və tikinti şirkətlərindən birində çalışan 26 yaşlı Rəşad Salahov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evdən 2 “Kalaşnikov” avtomatı, 1 “İJ” markalı ov tüfəngi, 5 patron darağı və 150 ədəd patron aşkarlanaraq götürülüb.
Araşdırmalarla R.Salahovun qanunsuz saxladığı odlu silah-sursatı rayonda aparılan tikinti və yenidənqurma işlərində çalışan zamanı tapdığı, sonradan satış məqsədilə yaşadığı evdə gizlətdiyi müəyyən edilib.
Faktla bağlı Xocavənd RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
MƏLUMAT YENİLƏNİR
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

