
Bakı. Trend:
Azərbaycanın aparıcı fintex şirkətlərindən biri və Bir
ekosisteminin üzvü olan PashaPay, 9 oktyabr 2025-ci il
tarixində keçirilən “Bakı Fintex Forumu 2025” tədbirində platinum
sponsor qismində iştirak edib. Forum Azərbaycan Fintex
Assosiasiyasının (AzFina) təşkilatçılığı, Azərbaycan Mərkəzi Bankı
və Azərbaycan Banklar Assosiasiyasının tərəfdaşlığı ilə baş tutub.
Tədbirin əsas məqsədi fintex sektorunda beynəlxalq əməkdaşlığın
gücləndirilməsi və rəqəmsal maliyyə xidmətlərinin inkişafına dəstək
vermək olub.
PashaPay-in baş icraçı direktoru Samir Məmmədov forumun açılış
panelində çıxış edərək, fintexlərin Azərbaycan iqtisadiyyatının
gələcəyindəki mühüm rolunu vurğulayıb. O bildirib ki, fintexlər
maliyyə sisteminin müasir tələblərə uyğunlaşmasına şərait yaradır,
istifadəçilərə rahat və innovativ həllər təqdim etməklə yeni
davranış modellərinin formalaşmasına təkan verir.
Hazırda 4 milyondan çox istifadəçiyə xidmət göstərən PashaPay-ın
əsas məqsədinin nəğdsiz iqtisadiyyata keçidi sürətləndirmək
olduğunu qeyd edən Samir Məmmədov, fintexlərin maliyyə
inklüzivliyinin artırılmasında həlledici rol oynadığını əlavə
edib.
PashaPay-ın strateji prioritetlərindən biri süni intellekt
texnologiyalarının m10 və Milliön brendlərində tətbiqidir. O,
çıxışında bildirib ki, müasir ödəniş tətbiqləri təkcə maliyyə aləti
deyil, həm də istifadəçi dostu və həyat tərzinə uyğunlaşdırılmış
platforma kimi fəaliyyət göstərməlidir.
Samir Məmmədov çıxışı zamanı Azərbaycan Fintex Assosiasiyasının
ölkənin maliyyə və rəqəmsal ekosistemindəki önəmli rolunu qeyd
edərək, AzFina-ya üzv şirkətlərin sayının artmasının vacibliyini
vurğulayıb.
Forum çərçivəsində təşkilatçılar tərəfindən PashaPay-a “Proud
Sponsor” mükafatı təqdim olunub. Bununla yanaşı, PashaPay-ın Fraud
şöbəsinin müdiri Ramis Ramazanov “Fintexdə Təhlükəsizliyin
Gələcəyi: Fırıldaqçılıq, Kibertəhlükəsizlik və Dayanıqlılıq” adlı
panel müzakirəsinə moderatorluq edib.
Tədbirdə PashaPay-in Bir ekosistemə daxil olan m10 və Milliön
brendlərini təqdim edən xüsusi stend də nümayiş olunub və forum
iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
PashaPay Bir ekosistemin bir hissəsi olaraq, m10 rəqəmsal pul
kisəsi və Milliön ödəniş terminalları vasitəsilə istifadəçilərə
innovativ, sürətli və təhlükəsiz maliyyə həlləri təqdim edən
qabaqcıl fintex platformasıdır. Şirkət eyni zamanda, ölkədə nağdsız
ödənişlərin inkişafını və maliyyə texnologiyaları sahəsində
innovasiyaların genişlənməsini prioritet istiqamət kimi
müəyyənləşdirib. www.pashapay.az

