34 bal toplayan namizədlər də müsahibəyə dəvət olunacaq – BŞTİ

Baş səhifə

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin(BŞTİ) tabeliyində fəaliyyət
göstərən ümumi təhsil müəssisələrinə çağırışaqədərki hazırlıq
rəhbəri vəzifəsi üzrə işə qəbul müsahibəsi keçirilir.

Trend
xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.

Bildirilib ki, çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsinə işə
qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində keçid balını
toplayanların sayının mövcud vakansiyalardan az olduğunu nəzərə
alaraq minimum 34 bal toplayan namizədlər də müsahibəyə cəlb
olunacaqlar.




Müsahibənin vaxtı və məkan haqqında məlumat minimum 34 bal
toplayan namizədlərə də SMS vasitəsilə göndəriləcək.

Müsahibə zamanı namizədlərin bilikləri və peşəkar keyfiyyətləri
nəzərə alınacaq.

Müsahibəni uğurla keçən namizədlər müvafiq vakant yerlərə təyin
olunacaqlar.