İlk 9 ayda işəgötürənlər tərəfindən işçilərə ödənilmiş gecikmiş vəsaitin həcmi açıqlandı

Baş səhifə

Bakı. Trend:

Bu ilin 9 ayında işəgötürənlər tərəfindən sosial xarakterli
ödənişlər olan 380,8 min manat vəsait işəgötürənlər tərəfindən
işçilərə ödənilib.

Trend
xəbər verir ki, bu barədə bu gün keçirilən Kollegiya iclasında
məlumat verilib.




Əmək müqavilələrinin artıq 96 faizinin elektronlaşdırıldığı qeyd
edilib.

Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin bu ilin 9
ayında işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan
380,8 min manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini
müəyyən etdiyi, görülən tədbirlərlə həmin vəsaitin işəgötürənlər
tərəfindən işçilərə ödənildiyi, əmək müqavilələrinə
qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 56 işçinin
yenidən əvvəlki işlərinə bərpa etdirildiyi bildirilib.