Gəncədə məktəbli itkin düşüb

Baş səhifə

Gəncədə məktəbli itkin düşüb.

APA-nın yerli bürosunun məlumatına görə, Gəncə şəhər sakini 2011-ci il təvəllüdlü Elşən Alıməmmədov ötən gün yaşadıqları evdən hazırlıq kursuna getmək adı ilə çıxıb, bundan sonra ondan xəbər olmayıb.

Qeyd edək ki, E.Alıməmmədov Gəncə şəhər M.Hadi adına 10 nömrəli məktəbin 9-cu sinif şagirdidir. Hazırda məktəblinin tapılması istiqamətində polis tərəfindən axtarışlar davam etdirilir.