Baş Prokurorluqda işləmək istəyənlər üçün imtahan keçiriləcək – DİM

Baş səhifə

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının Baş
Prokurorluğu ilə birgə 10 oktyabr 2025-ci il tarixində prokurorluq
orqanlarında işə qəbul olunmaq istəyən namizədlər üçün test
imtahanı keçirəcək.

Trend
xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahanda iştirak etmək üçün 320 nəfər
qeydiyyatdan keçib.

İmtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri,
Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) elektron formada
keçiriləcək.




Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni “Elektron
imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı
” xidməti
vasitəsilə çap edə bilərlər. İştirakçılar “İmtahana buraxılış
vərəqəsi”ndə göstərilən vaxtda imtahan binasının qarşısında
olmalıdırlar.

İmtahan saat 10:00-da başlanır. İmtahan iştirakçıları imtahanı
yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda
nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr
həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.

İmtahana gələrkən namizədlər “İmtahana buraxılış vərəqəsi” və
şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən
sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda
namizəd imtahana buraxılmayacaq.

İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş
kitabçası”nda əks olunub. Namizədlərin “Yaddaş kitabçası”
(yüklə)
ilə tanış olmaları zəruridir.