HƏMAS və İsrail arasında girov və məhbusların siyahılarının mübadiləsi aparılıb

Baş səhifə
HƏMAS və İsrail arasında girov və məhbusların siyahılarının mübadiləsi aparılıb

HƏMAS və İsrail nümayəndələri məhbus və girovların siyahılarını mübadilə ediblər.

“Report”un “Əl-Ərəbiyə” telekanalına istinadən verdiyi xəbərə görə, HƏMAS-ın yüksək rütbəli rəsmisi Tahir Əl-Nunu bildirib ki, onun qrupundan və İsraildən olan danışıqçılar məhbus və girovların siyahılarını mübadilə ediblər.

O əlavə edib ki, məhbus və girovların azad edilməsi Qəzzada atəşkəslə bağlı Misirdə aparılan danışıqlarda razılaşmanın əldə ediləcəyi halda mümkündür.

Əl-Nunu razılaşmanın əldə ediləcəyinə ümidvar olduğunu deyib.