Yol polisi gözlənilən hava ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Baş səhifə

Oktyabrın 8-də ölkə ərazisində gözlənilən hava ilə əlaqədar
olaraq Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara
müraciət edir.

Trend xəbər
verir ki, İdarənin müraciətində qeyd olunub:

“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və
Abşeron yarımadasında hava əsasən yağmursuz keçsə də, gündüz bəzi
yerlərdə çiskinli yağış və duman müşahidə oluna bilər. Azərbaycanın
şərq rayonlarında da oxşar hava şəraiti proqnozlaşdırılır.
Görünmənin məhdudlaşacağı ehtimalı var.

Belə hava şəraitində yol hərəkətində diqqətin artırılması, sürət
həddinin azaldılması, ara məsafəsinin gözlənilməsi və işıq
cihazlarının işlək vəziyyətdə saxlanması xüsusi əhəmiyyət daşıyır.
Duman və çiskin zamanı uzaq işıqlar əvəzinə yaxın işıqlardan
istifadə olunması, həmçinin avtomobilin texniki göstəricilərinin
(təkərlər, əyləc sistemi və s.) yoxlanılması tövsiyə edilir.




Piyadalardan xahiş olunur ki, yolu yalnız müəyyən olunmuş
yerlərdən keçsinlər, hava şəraiti ilə əlaqədar gecə vaxtı açıq və
ya işıqqaytarıcı elementli geyimlərdən istifadə etsinlər.

Unutmayın: yolda hər bir hərəkət məsuliyyət tələb edir.
Təhlükəsizliyiniz üçün qaydalara əməl edin”.