Türk dünyası qlobal güc mərkəzlərindən birinə çevrilməkdədir – Hikmət Hacıyev (VİDEO)

Baş səhifə

Qəbələ. Trend:

Türk dünyası qlobal güc mərkəzlərindən birinə çevrilən ümumi
ailəmizdir.

Trend xəbər verir
ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident
Administrasiyasının xarici siyasət şöbəsinin rəhbəri Hikmət Hacıyev
“X” səhifəsində yazıb.

“Qəbələ Türk Dövlətləri Təşkilatının 12-ci Sammitinə ev
sahibliyi edir. 12-ci Sammit sülh və təhlükəsizlik mövzusuna həsr
olunub. Bu gün təhlükəsizlik məsələləri bütün ölkələr üçün xüsusi
diqqət mərkəzində və əsas prioritet olaraq qalır”, – o yazıb.