
Gürcüstanın hüquq-mühafizə orqanları oktyabrın 4-də prezident sarayına basqın etməyə cəhd edənlərin saxlanılması üçün xüsusi əməliyyat keçirir.
“Report” xəbər verir ki, bunu Baş nazir İrakli Kobaxidze “Rustavi 2” telekanalına müsahibəsində deyib.
“Zorakılıq törətmiş bir çox etirazçı barədə müvafiq tədbirlər görülməlidir. Bu gün müvafiq xüsusi əməliyyat keçirilir; bir neçə cinayətkar saxlanılacaq və proses davam etdiriləcək”.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

