Bakı. Trend:
İngiltərənin yarımpeşəkar “Heşteq Yunayted” klubunun futbolçusu
Raman Sidhu 22 yaşında dünyasını dəyişib.
Trend xəbər verir
ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, gənc futbolçunun ölümünə ürək dayanması səbəb
olub.
“İki saatdan çox fasiləsiz çalışan xilasedicilərin bütün
səylərinə baxmayaraq, Raman 22 yaşında dünyasını dəyişib. Onun
ailəsinə və komanda yoldaşlarına dərin hüznlə başsağlığı veririk”,
– klubun açıqlamasında qeyd olunub.

