
Bakı. Trend:
İsraillə Fələstinin “HƏMAS” hərəkatı arasında aparılan
danışıqlar hələlik müharibənin bitməsi demək deyil.
Trend-in
məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio deyib.
“HƏMAS və İsrail arasında davam edən danışıqlar hələlik
müharibənin bitməsi demək deyil və Qəzza zolağına rəhbərlik edəcək
qrupun yaradılması müəyyən vaxt aparacaq”, – deyə o bildirib.
“İsrail də daxil olmaqla hamı razılaşdı ki, nəticədə bu prosesin
müəyyən bir nöqtəsində Qəzza zolağı Sülh Şurası kimi beynəlxalq
konsorsiumun köməyi, dəstəyi və rəhbərliyi ilə HƏMAS-a bağlı
olmayan, terrorçu olmayan Fələstin texnokratik qrupu tərəfindən
idarə olunacaq”, – deyə dövlət katibi qeyd edib.
O, həmçinin vurğulayıb: “Üç gündə Qəzzada HƏMAS-a bağlı olmayan
idarəçilik strukturu yaratmaq mümkün deyil”.

