Kamçatka 5,1 maqnitudalı zəlzələ baş verib

Baş səhifə
Kamçatka 5,1 maqnitudalı zəlzələ baş verib

Rusiyanın Kamçatka vilayətində 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.

“Report”un məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Zəlzələ Petropavlovsk-Kamçatskidən 485 km məsafədə baş verib. Yeraltı təkanların dərinliyi 29,5 km olub.

Qeyd olunub ki, son bir saat ərzində Kamçatkada Petropavlovsk-Kamçatskidən 182 və 166 km məsafədə 4,0 və 4,3 maqnitudalı daha iki zəlzələ qeydə alınıb.