ABŞ Venesuelaya məxsus narkotik daşıyan daha bir gəmiyə zərbə endirib

Baş səhifə

Bakı. Trend:

ABŞ Venesuelaya məxsus, narkotik daşıdığı iddia olunan daha bir
gəmiyə zərbə endirib.

Trend-in
məlumatına görə, bu barədə ABŞ-nin Müharibə katibi Pit Heqset
açıqlama yayıb.




Onun sözlərinə görə, əməliyyat zamanı gəmidə olan 4 nəfər həlak
olub, ABŞ qüvvələrinin isə zərər görmədiyi bildirilib.

“Heç bir ABŞ qüvvəsi xəsarət almayıb. Gəmi Amerika istiqamətində
xeyli miqdarda narkotik daşıyarkən, Venesuela sahillərinə yaxın
beynəlxalq sularda vurulub”, – Heqset əlavə edib.