
Bakı. Trend:
“Ən-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu 2026-cı il dünya
çempionatının seçmə mərhələsinin qarşıdakı oyunları üçün
Portuqaliya millisinin heyətinə dəvət olunub.
Trend-in
məlumatına görə, bu barədə yığmanın mətbuat xidməti açıqlama
yayıb.
Portuqaliya millisi oktyabrın 11-də İrlandiya, oktyabrın 14-də
isə Macarıstan komandası ilə qarşılaşacaq.
İki turdan sonra Portuqaliya altı xalla F qrupunun lideridir. 40
yaşlı Ronaldu indiyədək millidə 223 oyun keçirib, 141 qol vurub və
45 məhsuldar ötürmə ilə yadda qalıb.

