
Bu ilin əvvəlindən Azərbaycanın sığorta sektorunun aktivləri 4,5 % və yaxud 93 milyon manat artaraq 2,14 milyard manat olub.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik “Maliyyə Sabitliyi hesabatı”nda bildirilir.
Sənədə əsasən, aktivlərin 40 %-ni və yaxud 856 milyon manatı dövlət qiymətli kağızları, 28 %-ni və yaxud 600 milyon manatını bank vəsaitləri, 11 %-ni və yaxud 236 milyon manatını qeyri-dövlət qiymətli kağızları, 8 %-ni və yaxud 163 milyon manatını debitor borclar təşkil edib.
Yanvar-iyun aylarında sektorun öhdəlikləri 7,3 % və yaxud 105 milyon manat artaraq 1,55 milyard manata çatıb. Öhdəliklərin 73 %-i sığorta haqları ehtiyatı, 18 %-i sığorta hadisələri ehtiyatı, 9 %-i digər öhdəliklər olub.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

