
Bakı. Trend:
Azərbaycanda səfərdə olan “Masdar” şirkətinin Biznes və Layihə
İnkişafı üzrə direktoru Abdulla Zayedin rəhbərlik etdiyi nümayəndə
heyəti ilə “AzərEnerji” ASC-nin sədri Baba Rzayevin başçılıq etdiyi
nümayəndə heyəti arasında görüş keçirilib.
Trend
xəbər verir ki, görüş zamanı əməkdaşlığın mövcud vəziyyəti və
gələcək inkişaf perspektivləri müzakirə olunub.
Həmçinin ümumi qoyuluş gücü 1000 MVt olan Bankə, Biləsuvar və
Qaradağ günəş və külək elektrik stansiyaları layihələri ilə bağlı
fikir mübadiləsi aparılıb.

