Futbol
- 29 sentyabr, 2025
- 17:30
İspaniya Superkuboku 2026-cı il yanvarın 7-dən 11-dək Səudiyyə Ərəbistanında keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Futbol Federasiyası məlumat yayıb.
Turnirdə “Barselona”, “Real”, “Atletik” və “Atletiko” iştirak edəcək.
Qeyd edək ki, İspaniya Superkuboku 2025-ci ildə də bu ölkədə baş tutub və “Barselona” qalib olub.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

