Tramp Netanyahunu Ağ Evdə qəbul edəcək

Baş səhifə

Bakı. Trend:

Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp bu gün
İsrailin Baş naziri Benyamin Netanyahunu Ağ Evdə qəbul edəcək.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Tramp, bir sıra
Qərb liderlərinin Amerika və İsrailin etirazına baxmayaraq Fələstin
dövlətini tanımasından sonra Qəzza ilə bağlı sülh təşəbbüsünü irəli
sürür.




Bu, Tramp növbəti dəfə Prezident seçildikdən sonra Netanyahunun
Ağ Evə dördüncü səfəri olacaq.