Dərman vasitələrinin ölkə ərazisinə qanunsuz yolla keçirilməsinin qarşısı alınıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər
nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd
göstərilən külli miqdarda dərman vasitələri aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, idarənin “Qırmızı
Körpü” gömrük postunda Türkiyə Respublikasından ölkə ərazisinə
ərzaq məhsulları gətirən yük nəqliyyat vasitəsinə stasionar rentgen
qurğusunda baxış keçirilib və yük yerində şübhəli cizgilər müəyyən
olunub.




Yük yerinə baxış zamanı 33 ədəd qutudan gömrük orqanına bəyan
edilməyən, müxtəlif adda, ümumi sayı 44 min 120 ədəd olan dərman
vasitələri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.