Konor Makqreqor növbəti UFC döyüşü üçün 100 milyon dollar tələb edir

Baş səhifə

Bakı. Trend:

Yarımyüngül və yüngül çəkidə keçmiş UFC çempionu, irlandiyalı
qarışıq döyüş ustası Konor Makqreqor 2026-cı ilin iyununda ABŞ
prezidentinin rəsmi iqamətgahı olan Ağ Evdə keçirilməsi
planlaşdırılan UFC yarışmasında iştirak etmək üçün şərtlərini
açıqlayıb.

Trend xəbər verir
ki, bu barədə Makqreqor sosial media hesabında paylaşım edib.




“Ağ Evdəki döyüş üçün 100 milyon dollar, mənim, ailəm və
dostlarım üçün ABŞ-a 100 ‘Qızıl viza’. Döyüş dünyasını yenidən
sevindirmək fürsətini səbirsizliklə gözləyirəm”, – deyə Makqreqor
bildirib.

Qeyd edək ki, Makqreqor 2021-ci ilin iyulunda “UFC 264”
turnirində yüngül çəkidə keçmiş müvəqqəti çempion Dastin Poryeyə
ilk raundda texniki nokautla məğlub olduqdan sonra rinqə çıxmayıb.
Onun peşəkar rekordu 22 qələbə və 6 məğlubiyyətdən ibarətdir.