
Bakı. Trend:
Amerika qəhvəxanaları şəbəkəsi Starbucks 400 mağazanın
bağlandığını və 900 nəfərin işdən çıxarıldığını açıqlayıb.
Trend xəbər verir
ki, bu barədə şirkətin baş direktoru Brayan Nikkolun bəyanatına
istinadən CNN məlumat yayıb.
Nəşrin yazdığına görə, bağlanacaq mağazalar Starbucks-ın ümumi
sayının təxminən 1%-ni təşkil edir. İyunun sonunda Şimali Amerikada
18 734 mağazası olan şirkət sentyabrın sonuna qədər bu rəqəmin 18
300-ə enəcəyini bildirib.
Nikkolun sözlərinə görə, qəhvəxanalar “sosial həyatın
qovşaqlarıdır və onlardan hər hansı birini bağlamaq çətindir”.
Telekanal qeyd edir ki, bağlanmalar əsasən səmərəliliyi aşağı olan
müəssisələrə aiddir.
Mağazaların bağlanması ilə yanaşı, Starbucks əlavə 900 iş
yerinin ixtisarını elan edib. Şirkət bildirib ki, təsirə məruz
qalan işçilərə müavinətlər və müxtəlif dəstək tədbirləri təqdim
olunacaq, həmçinin hazırda mövcud olan vakansiyalar
doldurulacaq.

