Region
- 25 sentyabr, 2025
- 14:19
Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvaya gedib.
“Report” xəbər verir ki, o, bu barədə sosial şəbəkədə hava limanına gəlişi barədə video paylaşaraq bildirib.
“Moskvaya işgüzar səfərim başlayıb”, – o yazıb.
Daha əvvəl Paşinyanın Moskvada Qlobal Atom Forumunda iştirak edəcəyi bildirilmişdi.
Səfər çərçivəsində Baş nazir Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

