Bakı. Trend:
Moskvanın “Şeremetyevo” hava limanından Sankt-Peterburqa yola
düşməyə hazırlaşan “Rossiya” aviaşirkətinə məxsus təyyarə başqa
aviaşirkətin təyyarəsi ilə toqquşub.
Trend-in məlumatına görə, bu barədə aviaşirkətin nümayəndəsi
bildirib.
Məlumata əsasən, aviaşirkət sərnişinləri ehtiyat təyyarə ilə
təmin edib.
“İlkin məlumata görə, Moskva–Sankt-Peterburq marşrutu üzrə “FV6097″ reysinin uçuşa hazırlanması zamanı uçuş-enmə zolağı ilə
hərəkət edərkən digər aviaşirkətə məxsus hava gəmisi qanadı ilə
həmin təyyarənin şaquli quyruq sükanına toxunub və nəticədə
zədələnmə baş verib”, – deyə bildirilib.
Aviaşirkətdən bildirilib ki, hazırda təyyarə texniki xidmətlər
tərəfindən yoxlanılır.

