
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti ilə Mirjana Spoljaric ilə görüşüb.
Bu barədə “Report”a Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Görüşdə Azərbaycan-BQXK əməkdaşlığı və gələcək əməkdaşlıq imkanlarının araşdırılması müzakirə olunub.
C.Bayramov itkin düşən azərbaycanlıların taleyinə aydınlıq gətirmək üçün BQXK-nın səylərinin vacibliyini qeyd edib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

