Bolqarıstan Rusiya qazından istifadə və onun tranzitindən imtina etməyə hazırlaşır

Baş səhifə

Bakı. Trend:

Bolqarıstan 2026-cı ildə Rusiya Federasiyasından qazın tranziti
haqqında sazişin qüvvəsini dayandıracaq.

Trend xəbər verir
ki, bu barədə ölkənin baş naziri Rosen Jelyazkov Bolqarıstan milli
radiosuna müsahibəsində danışıb.




“Biz, Avropa İttifaqının bir hissəsi olaraq, 2026-cı ildə Avropa
İttifaqının qısamüddətli perspektivdə Rusiyanın təbii qazından
istifadə və ya tranzitlə bağlı müqavilələrin ləğv olunması haqda
qərarına qoşulacağıq”, – deyə o bildirib.

İyulun 28-də ABŞ və Avropa İttifaqı ticarət sazişi imzalayıb.
Sazişə əsasən, Brüssel ABŞ-dan 750 milyard dollar məbləğində enerji
daşıyıcıları alacaq. Bundan əlavə, avropalılar ABŞ-a Avropadan
yatırımları 600 milyard dollar artırmağa və Amerika silahları
almağa razılıq veriblər. Əvəzində Vaşinqton Avropa mallarına tətbiq
edilən gömrük rüsumlarını 30 faizdən 15 faizə endirib.