Bakı: Trend
Azərbaycan Dövlət Statistika Komitəsi məlumatların toplanması,
işlənməsi və təqdimatı proseslərini optimallaşdırmaq məqsədilə Çin
təcrübəsini öyrənməyi planlaşdırır.
Trend
xəbər verir ki, bu fikirləri Çinin Siyahıyaalma Mərkəzinin baş
direktorunun müşaviri Dze Can Bakıda keçirilən “Statistikanın
inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda
3-cü Beynəlxalq Statistika Forumunda bildirib.
Müşavir qeyd edib ki, son illərdə süni intellektin sürətli
inkişafı hökumətlərdən, biznes qurumlarından və ictimaiyyətdən
statistik məlumat xidmətlərinə daha yüksək tələblər irəli
sürür.
Dze Can bildirib ki, artan məlumat həcmi sosial və iqtisadi
fəaliyyətlərin təşkili üçün yeni imkanlar açmaqla yanaşı, statistik
və analitik işlər üçün də böyük çağırışlar yaradır:
“Məhz buna cavab olaraq Çin Dövlət Statistika Komitəsi bulud
texnologiyaları və süni intellektin statistik işlərdə tətbiqini
gücləndirib və vahid bulud platformasının yaradılmasını
hədəfləyib”.
Onun fikrincə, bu təcrübə Azərbaycanın statistik məlumatların
rəqəmsallaşdırılması və idarə olunması prosesində də faydalı ola
bilər.

