
NATO-nun baş katibi Mark Rütte 24-25 sentyabr tarixlərində ABŞ-də səfərdə olacaq.
“Report” xəbər verir ki, bu barədə alyansın məlumatında deyilir.
O, Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edəcək.
“M.Rütte Nyu-Yorkda olduğu müddətdə dünya liderləri və yüksək vəzifəli şəxslərlə görüşəcək. Sentyabrın 24-də baş katib ABŞ dövlət katibi Mark Rubionun təşkil edəcəyi şam yeməyində iştirak edəcək, sentyabrın 25-də isə ABŞ-nin Vest-Point Hərbi Akademiyasının kursantları qarşısında çıxış edəcək”, – məlumatda bildirilib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

