Azərbaycanda ət, heyvan və quş cəmdəklərinin ekspertiza aktı əsasında baytarlıq damğası ilə nişanlanması məcburi olacaq

Baş səhifə

Bakı. Trend:

“Baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin
məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi
və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər
məhsulların) üzərində nişan qoyulması Qaydaları”nda dəyişiklik
edilib.

Trend xəbər verir ki, bununla
bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.




Qərara əsasən, ətin, heyvan və quş cəmdəklərinin, digər ət
məhsullarının ekspertiza aktı əsasında baytarlıq damğası və
ştampları ilə nişanlanması məcburidir.

Ət və ət məhsullarının, həmçinin digər heyvan mənşəli
məhsulların müayinədən keçirilməsini müəssisə və təşkilatların
baytarlıq istehsalat-nəzarət bölməsində çalışan və Azərbaycan
Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən uçota
alınmış baytarlıq mütəxəssisləri həyata keçirəcəklər.