3-cü Beynəlxalq Statistika Forumunda 19 ölkə iştirak edir

Baş səhifə

Bakıda keçirilən 3-cü Beynəlxalq Statistika Forumunda 19 ölkə iştirak edir.

Bunu Metbuat.az-a açıqlamasında 3-cü Beynəlxalq Statistika Forumunun həmsədri, MDB Dövlətlərarası Statistikası Komitəsinin sədri Konstantin Laykam bildirib.

O qeyd edib ki, ilk tədbir Sankt-Peterburqda, ikinci forum isə Daşkənddə keçirilib:

“Tədbirdə müxtəlif mövzular, o cümlədən süni intellekt, əhali və mənzil fondu siyahıyaalınmasının 2030-cu il mərhələsi, Dayanıqlı İnkişaf Məqsədlərinin monitorinqi və digər məsələlər müzakirə olunacaq”.

Sevinc İbrahimzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.