
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Sosial Müdafiə Fondu respublika üzrə sentyabr ayının pensiya
ödənişini yekunlaşdırıb.
Trend xəbər
verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Bildirilib ki, sentyabrın 10-da Bakı və Sumqayıt şəhərləri,
Abşeron rayonu və Naxçıvan MR-də, bu gün isə ölkəmizin bölgələrində
yaşayan şəxslərin avqust ayı üzrə pensiyaları, habelə güzəştli
şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq
bankların bankomatlarından əldə edə bilərlər.

