Bakı. Trend:
Sentyabrın 22-də Azərbaycan Respublikasının Baş naziri Əli
Əsədov Laos Xalq Demokratik Respublikası Ali Xalq Prokurorluğunun
Baş prokuroru Saysana Kotputanla görüşüb.
Görüşdə cari ildə Azərbaycan ilə Laos arasında diplomatik
əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğu bildirilib.
İki ölkə arasında yaxşı əlaqələrin olduğu vurğulanıb,
iqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə əməkdaşlığın
inkişafı üçün əlverişli perspektivlərin mövcudluğu qeyd edilib.
S.Kotputanın səfəri çərçivəsində müvafiq Anlaşma Memorandumunun
imzalanmasının iki ölkənin prokurorluq orqanları arasında
əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.
Görüşdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev
iştirak edib.

