Fransa XİN-dən İranla bağlı açıqlama: “Münaqişə qaçılmazdır”

Siyasət

Fransa İranın nüvə proqramı ilə bağlı sazişin bağlanmasına nail olmağa ümid edir. Bu baş verməzsə, regionda hərbi münaqişə praktiki olaraq qaçılmazdır”.

Resmixeber.az,Oxu.Az-a istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro ölkənin Milli Assambleyasının (parlamentin aşağı palatası) Beynəlxalq Əlaqələr Komitəsinin iclasında bildirib.

“Bizim prioritet vəzifəmiz İranın nüvə proqramına uzunmüddətli məhdudiyyətlər qoyan sazişə nail olmaqdır. İmkanlar pəncərəsi daralır: On il əvvəl əldə edilmiş sazişin müddətinin bitməsinə cəmi bir neçə ay qalıb. Əgər danışıqlar uğursuz olarsa, hərbi konfrontasiya demək olar ki, qaçılmaz görünür və bu, regionda sabitliyinin pozulması bahasına başa gələcək”, – deyə Barro vurğulayıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir