Nigerin Fransadakı səfirinin oğlu saxlanıldı

Dünya


Nigerdə hakimiyyəti ələ keçirən üsyançılar ölkənin Fransadakı səfiri Aişatı Bulamı Kanenin oğlu İdrissa Kaneni paytaxt Niameydə saxlayıblar.

Ona qarşı dövlət vəsaitlərinin mənimsənilməsi maddəsi üzrə ittiham irəli sürülüb.

Bu barədə diplomat məlumat verib.

İdrissa Kanenin işi Korrupsiyaya və Oxşar Cinayətlərə qarşı Mübarizə Baş İdarəsinə verilib. Həbsin dəqiq səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, daha əvvəl üsyançılar Nigerin Parisdəki səfiri Aişatı Bulamı Kaneni vəzifəsindən uzaqlaşdırdıqlarını bildirsələr də, səfir onların qərarını tanımayıb və Prezident Mohamed Bazumun adından fəaliyyət göstərməyə davam edib.

Mənbə: AFP

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir