Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qax rayonu, İlisu kəndində 1 nəfərin qayalıq ərazidən dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in Mətbuat Xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb edilib.
Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1993-cü il təvəllüdlü Abdullazadə Mirzə Zəfər oğlu qayalıq ərazidən dərinliyi təxminən 10 metr olan dərəyə yıxılaraq təhlükəli vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən xüsusi xilasetmə əməliyyatı sayəsində vətəndaş dərədən çıxarılaraq xilas edilib və təcili tibbi yardım briqadasına təhvil verilib.
18:12
Qax rayonunda turist dağdan yıxılıb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun İlisu kənd ərazisində baş verib.
Belə ki, “Hamamdərə” deyilən ərazidə kişi dağdan yıxılaraq ağır xəsarət alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, hazırda polis, prokurorluq, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili tibbi yardım həkim briqadası hadisə yerindədir:
“Həmin şəxsin ərazidən çıxarılması istiqamətində tədbirlər görülür”.
İlhamə Əbülfət
www.RESMIXEBER.az

