İspaniya milli komandasının sabiq yarımmüdafiəçisi Sesk Fabreqas karyerasını bitirdiyini elan edib.
36 yaşlı futbolçu bu barədə özünün sosial şəbəkə hesabında yazıb.
“Böyük kədər hissi ilə sizə bildirirəm ki, artıq mənim də butslarımı mismardan asmaq vaxtım yetişdi. Dünya Kubokundan Avropa çempionluğuna, İngiltərə və İspaniyadakı kubokları qazanmağa qədər davam edən bir unudulmaz səyahət.
Mənə kömək edən hər kəsə – komanda yoldaşlarıma, məşqçilərimə, azarkeşlərə agentimə, klub prezidentlərinə minnətdaram. Məni yıxmağa çalışan rəqiblərimə demək istəyirəm, məni güclü etdiyiniz üçün sizə təşəkkür edirəm. Karyeram ərzində 3 dil öyrəndim, səyahət etdim, daha müdrik oldum. Heç xəyal etmədiyim bir təcrübə yaşadım.
İndi isə mən ağ xətti keçib “Komo” gənclərini məşq etməyə başlayacağam”, – Sesk Fabreqas yazıb.
Con grande tristezza è arrivato il momento di appendere le scarpe al chiodo.
Conserverò ogni momento, dai primi giorni al Barcellona, all’Arsenal, di nuovo in blaugrana, al Chelsea, al Monaco e infine al Como. Dalla Coppa del Mondo, agli Europei, le vittorie in Inghilterra,… pic.twitter.com/FclqRMPp94
— Cesc Fàbregas Soler (@cesc4official) July 1, 2023
www.RESMIXEBER.az

