İlon Maskdan yeni qərar: “Twiter” gündəlik oxuma məhdudiyyəti tətbiq edəcək

Dünya


“Twiter” sosial şəbəkəsi məlumatların toplanması və sistem manipulyasiyasının ifrat səviyyələrini həll etmək üçün bütün istifadəçilər üçün gündəlik oxuma məhdudiyyətləri tətbiq edib.

Bu barədə “Twitter”in sahibi İlon Maskın özünün sosial hesabındakı paylaşımına qeyd edib.

İ.Maskın sözlərinə görə, təsdiqlənmiş hesablar gündə 6 000-ə qədər paylaşımı oxuya biləcək.

Bununla belə, təsdiqlənməmiş “Twitter” hesablarının istifadəçiləri indi gündə 600, yeni hesablar isə gündə yalnız 300 paylaşıma baxa bilər.

İ.Mask müvəqqəti məhdudiyyətlərin nə qədər davam edəcəyini açıqlamayıb.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir