Ayan və Nadir Əzizovların sağalması üçün sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onların anası Nəzrin Əliyeva məlumat verib.
O bildirib ki, övladları müxtəlif xəstəliklərdən əziyyət çəkirlər.
“Nadirin altı yaşı var. O, anadangəlmə böyrək çatışmazlığından əziyyət çəkir. Demək olar ki, doğulduğu gündən müalicə edirik. Ayan isə anadangəlmə şəkərli diabet xəstəsidir”.
Nəzrin Əliyeva bildirib ki, övladlarının müalicəsi üçün dəstəyə ehtiyacı var.
“Yoldaşım artıq bir ildir ki, işləmək bəhanəsi ilə çıxıb gedib. Getdiyi gündən nə bir dəfə əlaqə saxlamayıb, nə də pul göndərməyib. Məcbur gəlmişəm anamın evinə. Uşaqların xəstəliyinə görə də işləyə bilmirəm. Atam yoxdur, tək anam işləyir. Diabet xəstələri üçün olan xüsusi qidalar çox bahadır, inanın çox əziyyət çəkirəm. Övladlarımın bir aylıq müalicəsi üçün hazırda 1 000 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə kömək olmaqlarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (055) 656-23-98
www.RESMIXEBER.az

