Liviyada içərisində “Vaqner” döyüşçülərinin olduğu deyilən aviabazaya zərbə endirildi

Dünya


Ötən gecə pilotsuz uçuş aparatları (PUA) Liviyanın şərqindəki aviabazaya zərbə endirib.

Bazada “Vaqner” özəl hərbi şirkətinin döyüşçülərinin olduğu deyilir.

“Naməlum PUA-lar Benqazidən 150 km cənub-şərqdə yerləşən Əl-Xarruba aviabazasına hücum edib. Burada “Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri yerləşmiş ola bilərlər”,- deyə məlumatda bildirilib.

Qeyd edilib ki, hücum zamanı xəsarət alan olmayıb.

Mənbə: “Frans-Press”

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir